
Rusiyanın "Kuban" klubu Türkiyə "Beşiktaş"ının sabiq futbolçusu Uqu Almeyda ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Krasnodar təmsilçisinin baş direktoru Yevgeni Muravyev açıqlama verib.
O, 30 yaşlı hücumçu ilə yarım illik anlaşma əldə etdiklərini bildirib. Muravyev portuqaliyalı oyunçunun uzun müddətli müqavilədən imtina etdiyini söyləyib. Klub rəsmisinin sözlərinə görə, təcrübəli forvard başlanğıc üçün Rusiya çempionatına uyğunlaşmaq istəyib: "Bura onun xoşuna gəlsə, müqavilə uzadılacaq".
Qeyd edək ki, zəngin karyeraya malik Uqu Almeyda "Beşiktaş"da 2011 - 2014-cü illərdə forma geyinib. O, ötən il oktyabrın 7-də azad agent qismində İtaliya "Çezena"sına keçib.










































































