1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mariya Stadnikdən növbəti "qızıl"
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirdə tam heyətlə iştirak etmiş qadın güləşi üzrə Azərbaycan yığma komandası 1 qızıl medal qazanıb.
Həmin medala 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik sahib olub. O, Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələdikdən sonra finalda yaponiyalı Kika Kaqatanı da yenməyi bacarıb. Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.
Digər güləşçilərimizə gəldikdə, İrina Netreba (58 kq) ilk görüşdə Braziliyadan olan rəqibini üstələsə də, Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz həlledici görüşə çıxsa da, bolqarıstanlı Taybe Yuseinə uduzub və turniri 5-ci sırada tamamlayıb.
60 kq çəki dərəcəsində təmsilçimiz Yuliya Ratkeviç İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Belarus idmançısı Anastasiya Huçokla həlledici görüşdə də yenilib və 5-ci yerlə kifayətlənib.
69 kq-da mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda argentinalı rəqibinə məğlub olub. Muşka (Sementsova) bürünc medal uğrunda Ukrayna təmsilçisi Alla Çerkasovaya da uduzub və turniri 5-ci yerdə başa vurub.
Raqnetta Qurbanzadə (63 kq) isə təsəlliverici görüşdə mübarizəni davam etdirmək şansı əldə edib, ancaq bu imkanı dəyərləndirə bilməyib.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.