Azərbaycan sərbəst güləşçisi Sabir Cəfərov 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
İdmançının nümunəsində qadağan edilmiş boldenon metobolitləri aşkarlanıb.
Ona qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi maddəsi ilə cəza tətbiq olunub.
Sanksiya 2025-ci il sentyabrın 1-dən qüvvəyə minib və 31 avqust 2029-cu ildə başa çatacaq.















































































