1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımızın Braziliya və Kuba təəssüratları
"Braziliyadaki təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Çox güclü və ağır məşqlər idi. Bu ölkənin müxtəlif cüdo məktəblərinin yetirmələri, eləcə də Rusiya və Kolumbiya idmançıları təlim-məşq toplanışıda iştirak edirdilər". Sportnet.az-ın məlumatına görə, bunu Kubanın paytaxtı Havanada keçirilmiş Qran-Pridə qızıl medal qazanan cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov (73 kq) deyib.
59 ölkə arasında 2-ci yeri tutan milli komandanın üzvü yarışda güclü rəqiblərin olduğunu bildirib: "Çox güclü rəqiblərimin olmasına baxmayaraq, hamısını məğlub edərək qızıl medala sahib oldum. Təbii ki, qələbə qazanmağımda iştirak etdiyim toplantıların böyük rolu oldu. Ona görə də bu şəraiti yaratdıqlarına görə rəhbərliyimizə və məşqçilərə öz dərin minnətdarlığımı bildirirəm".
Qran-Prinin bürünc mükafatçısı Orxan Səfərov (60 kq) Braziliyada keçirilən təlim-məşq toplanışın ağır, amma lazımlı olduğunu bildirib: "Braziliyadaki təlim-məşq toplanışı bizə çox lazım idi. Olimpiada öncəsi oranı görmək, bu ölkəyə uyğunlaşmaq yerinə düşdü. Çox güclü komandamız var və hər şey proqram üzrə davam edir. Ağır məşqlərin və təlim-məşq toplanışlarının bəhrəsini olimpiadada görəcəyimizə əminəm. Kubadakı Qran-pri yarışında isə, ölkəmizi layiqincə təmsil edib bayrağımızı göylərə ucaltdıq".
Daha bir bürünc mükafatçı Elxan Məmmədov (100 kq) isə komanda üzvlərinin yaxşı hazırlaşdıqlarını söyləyib: "Braziliya təlim-məşq toplanışı və Kubadakı Qran-pri göstərdi ki, komandamızda hər çəkidə iştirak edən cüdoçular yaxşı hazırlıqlıdırlar. Havanada təşkil olunan Qran-pridə çox güclü rəqiblərlə üz-üzə gəldim. Qarşılaşdığım üç rəqib dünya və Olimpiya mükafatçıları idi. Amma buna baxmayaraq, şükürlər olsun ki, medalsız qalmadım və bürünc medala sahib oldum".
Qeyd edək ki, Azərbaycan cüdoçuları Peter Zayzenbaherin rəhbərliyi altında Braziliyada təlim məşq toplanışı keçib. Komanda toplanışdan sonra Havana Qran-Prisində iştirak edib.