1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Püşk atıldı: Millimizin rəqibləri məlum oldu - YENİLƏNDİ
Heydər Əliyev Mərkəzində voleybolçu qadınlar arasında 2017-ci il Avropa çempionatının püşkatma mərasimi başlanıb. Sportnet.az-ın məlumatına görə, tədbirə təşkilatçı ölkələr - Azərbaycan və Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə start verilib.
Bundan sonra bədii hissə olub. Həmin vaxt xalq artisti Brilliant Dadaşova çempionatın himnini ifa edib. Azərbaycanda voleybolun tarixindən bəhs edən qısa film nümayiş etdirilib, yarışın keçiriləcəyi şəhərlər barədə məlumat verilib.
Çempionatın Təşkilat Komitəsinin sədri, baş naziri I müavini Yaqub Eyyubov bildirib ki, Avropa çempionatının Azərbaycan və Gürcüstana həvalə olunması dövlət siyasətinin, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir. O, ölkədə voleybolun 90 illik tarixindən bəhs edib, dünya şöhrətli idmançıların adlarını sadalayıb. Y.Eyyubov bu sırada dünya, 3 qat Avropa və 2 qat Avropa çempionu İnna Rıskalı xüsusi vurğulayıb, qadınlardan ibarət "Azərreyl", "Lokomotiv", "Rabitə" və "Azəryol" klublarının, eləcə də Azərbaycan millisinin əldə etdiyi nailiyyətlərdən danışıb.
"Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Hər il ölkədə nüfuzlu yarışlar keçirilir. 2020-ci ilədək İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və futbol üzrə Avropa çempionatının oyunları təşkil olunacaq. Voleybol üzrə 2017-ci il Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Təşkilat Komitəsinin sədri olaraq, çempionatın yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcəyimizi bəyan edirəm".
Gürcüstan gənclər və idman nazirinin müavini Şalva Qoqoladze və Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç yarış iştirakçılarına uğurlar arzulayıb.
Nəhayət, püşkatma mərasimi başlanıb. Bu məqsədlə səhnəyə Azərbaycan millisinin sabiq voleybolçusu Oksana Kurt və hazırkı yığma üzvü Valeriya Məmmədova dəvət olunub.
İlk olaraq, qruplara başçılıq edən komandalar müəyyənləşib.
Azərbaycan A, Gürcüstan B, Rusiya C, Serbiya isə D qrupunun birincisi olub. Püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: Azərbaycan, Almaniya, Polşa, Macarıstan (Bakı)
B qrupu: Gürcüstan, İtaliya, Xorvatiya, Belarus (Tbilisi)
C qrupu: Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna (Bakı)
D qrupu: Serbiya, Hollandiya, Belçika, Ukrayna (Göygöl)
Qeyd edək ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək keçiriləcək. Qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları olacaq. Digər 3 qrupdan biri Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.
-------------------------------------------------------------------------------------------
2017-ci ildə qadın voleybolçular arasında Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının püşkatma mərasimi bu gün təşkil olunacaq. Sportnet.az-ın məlumatına görə, mərasim Heydər Əliyev Mərkəzində olacaq.
Püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının və Avropa Voleybol Konfederasiyasının rəsmiləri iştirak edəcək. Mərasim saat 18:00-da başlayacaq.
Çempionata 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, AVRO-2015-in mükafatçıları Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk 5-likdə qərarlaşmış Türkiyə və Almaniya yığmalarıdır. Seçmə mərhələnin yekununda isə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, "pley-off"dan isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.
Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək keçiriləcək. Qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları olacaq. Digər 3 qrupdan biri Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.