Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində çıxış edən idmançı Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Şəriəti gümüş medalla kifayətlənib.
87 kq-dakı İslam Abbasov isə bürünc medal qarşılaşmasında Laşa Qobadzeyə uduzaraq (Gürcüstan) beşinci yeri tutub.
---------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.
55 kq-dakı ikiqat qitə çempionu Eldəniz Əzizli eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
-------------------
Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, onların hər birinin ilk görüşü 1/8 finala təsadüf edəcək.
Nihat Məmmədli (60 kq) Edmond Nazaryanla (Bolqarıstan) qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikinlə (Ukrayna) üz-üzə gələcək.
Rafiq Hüseynov (82 kq) Mark Veberlə (İsveçrə), Arif Niftullayev (97 kq) Artur Omarovla (Çexiya) ü/-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.