Suşiç deyib: "DÇ-2014-də İran yığmasına qarşı oyun mənim üçün yığmanın baş məşqçi postunda sonuncu oldu. Azarkeşlərimizin necə məyus olduqlarını hiss etdim. Yəqin ki, qala bilərdim, amma qərarımı verdim".
Qeyd edək ki, dünya çempionatlarının debütantı qrup mərhələsinin son turunda İranı məğlub edib - 3:1. Bu, Bosniya və Herseqovinanın mundiallarda ilk qələbəsi olub. Digər qarşılaşmalarda bu komanda Argentinaya 1:2, Nigeriyaya 0:1 hesabı ilə uduzub.