
Rusiya Futbol İttifqı (RFİ) yığma komandanın baş məşqçisi Fabio Kapello ilə müqaviləyə xitam verəcəyi təqdirdə, italiyalıya 25 milyon dollar təzminat ödəməli olacaq. Sportnet.az-ın "İTAR-TASS"a istinadən məlumatına görə, bu barədə RFİ məmurlarından biri bildirib.
O, DÇ-2014-ün seçmə tsiklində uğurlu çıxışdan sonra Kapellonun müqaviləsində ciddi dəyişiklik edildiyini söyləyib: "Əvvəlki anlaşmaya əsasən tərəflərdən biri müqaviləni pozacağı təqdirdə, 5 milyon dollar təzminat ödəməli idi. Lakin Portuqaliya yığmasını da qabaqlayaraq, qrup qalibi olduqdan sonra bu bənd dəyişdirilib və 5 dəfə artırılıb".
Qeyd edək ki, Fabio Kapellonun müqaviləsi 2018-ci ilə qədər qüvvədə olacaq. Rusiya yığmasının DÇ-2014-də uğursuz çıxışından sonra isə italiyalı mütəxəssisin istefaya göndəriləcəyi xəbərləri dolaşmağa başlayıb.