Fransa ilə DÇ-2014-ün 1/4 final matçı öncəsi Almaniya yığmasının 7 futbolçusu qrip xəstəliyinə tutulub. Sportnet.az-ın məlumatına görə, bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv açıqlama verib.
O, xəstəliyə səbəb kimi otaqlardakı kondisionerlərin həddən artıq güclü işləməsini və çoxlu yerdəyişmələri səbəb göstərib: "Bu, qripin yüngül formasıdır. Ümidvaram ki, bütün futbolçular oyunadək bərpa olacaqlar".
Komandadakı bir çox futbolçunun səhhəti ilə bağlı problemlərinin olduğunu deyən Löv Əlcəzairlə 1/8 final matçını (2:1) xəstəliyi ilə əlaqədar buraxmış Lukas Podolski və Mats Hummelsin bərpa olunduqlarını bildirib. Bastian Şvaynştayger, Sami Xedira və Filipp Lamın da səhhəti müsbətə doğru dəyişir. Yalnız Kristof Kramerin durumu daha çox narahatlıq doğurur.
Qeyd edək ki, Almaniya - Fransa matçı iyulun 4-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.