Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.
Bu barədə Sportnet.az-a AFFA-dan məlumat verilib.
Bildirilib ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək.



















































































