Argentina milli komandasının futbolçusu Anxel Di Mariya DÇ-2014-ün qalan hissəsini buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, hücumçunun Belçika ilə 1/4 final matçında aldığı zədə ciddidir.
33-cü dəqiqədə baldır əzələlərindən xəsarət alan Di Mariyanı Entso Peres əvəzləyib. Yarımfinalda Argentina Hollandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Anxel Di Mariya DÇ-2014-də 5 oyuna çıxıb. O, yeganə qolunu 1/8 finalda İsveçrənin qapısından keçirib - 1:0.