
Braziliya yığmasının DÇ-2014-ün yarımfinalında Almaniyadan aldığı 1:7 hesablı məğlubiyyət tarixi antirekord olub. Sportnet.az-ın məlumatına görə, Braziliya millisi tarixinin ən böyük hesablı məğlubiyyətini alıb.
Andre Kroosun və Andre Şürrlenin dubla imza atdıqları qarşılaşmada braziliyalıların təsəlli qolunu Oskar vurub.
Braziliya - Almaniya görüşü "Bundestim"in hücumçusu Miroslav Kloze üçün isə ikiqat əlamətdar olub. Meydan sahiblərinin qapısına vurulan 2-ci qolun müəllifi dünya çempionatları tarixinin bombardiri adını qazanıb. Bu, onun vurduğu 16-cı qol olub.