1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Braziliya yığmasında "yarpaq tökümü" başladı
Futbol üzrə Braziliya yığmasının hücumçusu Fred milli karyerasını başa vurmağa qərar verib. Sportnet.az-ın məlumatına görə, futbolçu bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.
30 yaşlı forvard Almaniyaya 1:7 hesabı ilə məğlub olduqları görüşdən sonra bu qərarı verib. Hollandiya ilə bürünc medal uğrunda keçirilən oyunda isə Fred 90 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşib. Yığma karyerasında 30 oyun keçirmiş futbolçu 16 dəfə rəqib qapısına yol tapıb.
Hücumçudan başqa daha bir braziliyalı da milli karyerasını bitirməyi düşünür. Qapıçı Julio Sezar əlcəklərini təhvil vermək istədiyini bildirib: "Böyük ehtimalla bu, oynadığım sonuncu dünya çempionatı olacaq. 2015-ci ildə 35 yaşda Amerika Kuboku zamanı mənə çox çətin olacaq. 2018-ci ildəki dünya çempionatında oynayacağımı demək isə cahillik olar".