
Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib. Sportnet.az-ın "Globo"ya istinadən məlumatına görə, ölkə Federasiyası baş məşqçi, məşqçi heyəti və texniki direktor Karlos Alberto Parreyranı tutduqları vəzifədən kənarlaşdırmağı qərara alıb.
Skolari 3-cü yer uğrunda görüşdən sonra keçirilən mətbuat konfransında gələcək taleyini Braziliya Futol Konfederasiyasının həll edəcəyini bildirib. Həmin oyunda meydan sahibləri Hollandiya yığmasına 0:3 hesabı ilə məğlub olub.
Luis Felipe Skolarinin istefaya göndərilməsi barədə rəsmi məlumatın bu gün elan olunacağı gözlənilir.