İngiltərə "Arsenal"ının və Almaniya yığmasının yarımmüdaiəçisi Məsut Özil 23 braziliyalı uşağın əməliyyat xərclərini ödəyəcək. Sportnet.az-ın məlumatına görə, türkəsilli futbolçu öz facebook səhifəsində braziliyalı azarkeşlərə səslənib.
Özil mundialdan öncə analoji yardım göstərdiyini bildirib: "11 braziliyalı xəstə uşağa kömək etdim. 11 futbolçu ilə yox, Braziliyaya aparılan bütün almaniyalı futbolçularla dünya çempionu titulunu qazandıq. Dünya çempionatındakı qələbədən sonra həmin oyunçu sayına uyğun xəstə uşağı əməliyyat etdirəcəyəm. Bu, göstərdiyi qonaqpərvərliyə görə Braziliya xalqına minnətdarlığımdır".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |