
"Formula 1" üzrə Monako Qran Prisinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkardo yarışın qalibi olub. O, finişə 1 saat 42 dəqiqə 54,807 saniyəyə çatıb. İkinci yeri liderdən 7,336 saniyə geri qalan "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel, üçüncü yeri isə finişə 17,013 saniyə gecikən "Mercedes" pilotu, böyük britaniyalı son dünya çempionu Lüis Hemilton tutub. Ümumilikdə finişə 20 pilotdan 17-si çatıb.
İlk 6 Qran Prinin yekunlarına əsasən, Hemilton pilotların mübarizəsində 110 xalla liderliyini davam etdirir. Fettel 96 xalla 2-ci, Rikkardo 72 xalla 3-cüdür. Konstruktorların yarışında "Mercedes" 178, "Ferrari" 156, "Red Bull" 107 xalla ilk "3-lük"də qərarlaşıb.