Macarıstanlı qadın tennisçi Fanni Ştollar hovuz qarşısında poz verib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı fotosunu şəxsi "Instagram"ında paylaşıb. O, "Gəl, püşk ataq. Qartal tərəfi düşsə, mən səninəm, əks tərəfi düşsə, sən mənim" yazıb.
Qeyd edək ki, Fanni Ştollar dünya reytinqində 357-ci yeri tutsa da, "Instagram"da 90 min izləyiciyə malikdir.