
"Red Bull" pilotu Maks Ferstappen Belçika Qran-prisində təsnifat mərhələsinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, ikinci yeri "Uilyams"dan Corc Rassell tutub. "Mercedes"dən Lüis Hemilton isə üçüncü olub.
Təsnifat mərhələsi yağışlı hava şəraitində keçib. Üçüncü seqmentdə ciddi qəza baş verib. "Maklaren" pilotu Lando Norris "qırmızı su"da maşınını vurub. Trasda qırmızı bayraq görünüb, təsnifat yarışı 40 dəqiqədən çox dayandırılıb.
Norris yekunda 10-cu olsa da, detalları dəyişdirdiyi və qapalı park rejimini pozduğu üçün pit-leyndən start götürəcək.
Qeyd edək ki, Belçika Qran-prisi bu gün Spa şəhərindəki stasionar "Spa-Frankorşam" trasında keçiriləcək. Yarış Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
11 mərhələdən sonra Lüis Hemilton birinci yeri tutur.