Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu müəyyənləşdiriləcək.
Sportnet.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunub.
Dəyişikliyə əsasən, Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu 2000 manat müəyyən edilib.
Qeyd edək ki, indiyə qədər bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.