
Gənclər və İdman Nazirliyi Sabunçu və Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsində direktor vəzifəsinə işə qəbul elan edib.
Nazirliyin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 35 yaşadək namizədlərdən gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı və minumum bir xarici dil bilmək tələb olunur.
Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini mayın 6-dək müvafiq ünvana göndərməlidir.
Qeyd edək ki, Zərdab “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə iddia edən namizədlər arasından keçən olmadığı üçün təkrar elan verilib. Daha öncə bu vakansiya üzrə müraciət edənlər təkrar müraciət edə bilməz.