1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Britaniyalı sürücü qəza keçirdi, ayaqların kəsdilər - VİDEO
Britaniyanın Doninqton trasında Formula 4 milli çempionatının növbəti yarışında ağır qəza keçirən Billi Monqerin ayaqları amputasiya olunub.
Sportnet.az-ıb f-1.com istinadən verdiyi məlumata görə, hadisə Doninqtonda gənc sürücülərin WTCC çempionatına dəstək vermək üçün bir araya gəldiyi zaman baş verib.
"Developments” komandasının 17 yaşlı sürücüsü Monqerin idarə etdiyi bolid öndə olan "Carlin” komandasının finlandiyalı üzvü Patrik Pasmanın avtomobilinə çırpılıb.
Xilasedicilər iki saat sonra Monqeri maşından çıxara biliblər. Ayaqlarından ağır zədələr alan sürücü Nottingemin Kral Tibbi Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səyi heç bir nəticə verməyib və sürücünün ayaqları dizdən aşağı amputasiya olunub.
P.Pasma qəza zamanı ciddi xəsarət almayıb.
"Developments” komandasının başçısı Stiven Hanter "Justgiving” saytında səhifə açaraq, gənc sürücünün bərpa prosesinə vəsait toplayır.
Billi Formula 4-də 2-ci mövsümünü keçirirdi 5 yarışdan sonra 2 podiumla ümumi hesabda 6-cı yeri tuturdu. Britaniyalı sürücü 2015-ci ildə "Ginetta Junior” çempionatını 5-ci yerdə tamamlamışdı.
]