1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Onların bu cür təslim olacağını gözləmirdim"
"Mövsümün sonunda "Ferrari”dən bu cür tənəzzül gözləmirdim”.
Sportnet.az xəbər verir ki, bunu Almaniyanın "Mercedes” komandasının pilotu Lüis Hemilton Yaponiya Qran-prisində əldə etdiyi qələbədən sonra deyib.
Cari mövsümdə 331 xalla şəxsi hesabda 1-ci pillədə qərarlaşan britaniyalı pilot əsas rəqibi olan "Ferrari” komandasının zəif çıxışına diqqət çəkib: "Ferrari” mövsümün ortasına qədər yaxşı idi. Montsada rəqabət aparacaq durumda olsalar da, Sinqapurda vəziyyətlətləri pisləşdi. Onların bu cür təslim olacağını gözləmirdim. Son 2-3 Qran-pridə heç nə edə bilmədilər. Rəqabət qabiliyyətlərinin bu cür azalmasının səbəbini izah edə bilmərəm. Əminəm ki, bunu ən yaxşı Fettel söyləyə bilər”.
L.Hemilton 2018-ci il mövsümünün başa çatmasına 4 mərhələ qalmış ən yaxın izləyici – "Ferrari”nin piltonu Sebastyan Fetteli 67 xal qabaqlayır. Bu isə britaniyalının çempionluğu böyük ölçüdə təmin etməsi deməkdir.
Qeyd edək ki, ötən mövsümün qalibi olan L.Hemilton Azərbaycan Qran-prisində də birinci yeri tutmuşdu