Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vladislav Vaşuk qarət olunub.
Sportnet.az xəbər verir, 47 yaşlı keçmiş müdafiəçi bu barədə "La Repubblica" nəşrinə müsahibəsində bildirib.
Vaşukun sözlərinə görə, Rusiya hərbçiləri işğal zamanı onun Qostomeldəki evindən oğurluq ediblər.
Veteran oyunçu müharibənin əvvəlində 15 gün ailəsi ilə birlikdə evin zirzəmisində yaşayıb. Vaşuk həmin ərazidən çıxmağı bacarsa da, şəhər hələ də rusların nəzarəti altındadır.
Sabiq yarımmüdafiəçi evindən bütün futbol mükafatlarının və xatirə əşyalarının yoxa çıxdığını söyləyib.
Qeyd edək ki, Vladislav Vaşuk 1996 - 2007-ci illərdə Ukrayna yığmasının formasını geyinib. O, 9 dəfə Ukrayna Premyer Liqasının, 6 dəfə ölkə kubokunun, 1 dəfə Ukrayna Super Kubokunun qalibi olub.