
"Formula 1" komandaları 2023-cü il dünya çempionatının təqvimindən narazı qalıblar.
Sportnet.az "The Guardian"a istinadən xəbər verir ki, buna Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yeni mövsümün təqvimini hazırlayarkən iştirakçıları məlumatlandırmaması və onların razılığını gözləməməsi səbəb olub.
Komandaların nümayəndələrindən biri FIA-nın hərəkətlərini qəbuledilməz adlandırıb. Təqvimin iştirakçılarla məsləhətləşmədən sonra sentyabrın 23-də açıqlanacağı gözlənilirdi.
Həmçinin, təqvimin bu qədər tez dərc olunması "Formula 1" rəhbərliyini də təəccübləndirib.
Qeyd edək ki, 2023-cü il Azərbaycan Qran-prisi 28 - 30 apreldə baş tutacaq.