"Formula 1" üzrə dünya çempionatının təqvimində Çin Qran Prisini əvəzləyə biləcək ölkələr müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Portuqaliyanın Avtomobil və Kartinq Federasiyasının prezidenti Ni Amorim açıqlama verib.
O, Portuqaliyanın Türkiyə ilə rəqabət aparacağını bildirib.
Qeyd edək ki, 14-16 apreldə Çində keçirilməsi planlaşdırılan yarış ləğv edilib. Bundan sonra 28-30 apreldə Azərbaycan Qran Prisi gerçəkləşəcək.