
AFFA "Peace One Day” qeyri-hökumət təşkilatının "One Day One Goal” aksiyasına qoşularaq sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Gününü dəstəkləyib. Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan milli komandasının üzvü Rauf Əliyev və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının futbolçusu Əminə Heydərova sülh rəmzi olan ağ göyərçinləri səmaya buraxıblar.