
Sərbəst güləş üzrə dördqat dünya çempionu Salman Xasimikov 72 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə TASS-a rusiyalı güləşçinin yaxınları məlumat verib.
Xasimikov dörd dəfə dünya çempionu olub (1979, 1981, 1982, 1983), dörd dəfə SSRİ çempionatlarının qalibi olub (1979, 1980, 1982, 1983).
O, 1979 və 1981-ci illərdə Avropa çempionatının qalibi olub. Xasimikov 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparıb.