
Çində keçirilən Dünya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretska finala yüksəlib.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
68 kq çəki dərəcəsində mübarizə aparan Zaretska həlledici görüşdə İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşacaq.