
Rusiyalı MMA döyüşçüsü Baysanqur Susurkayev UFC-də debüt döyüşünü keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb.
Avqustun 13-də çeçen idmançı Uaytın "İddiaçılar Seriyası"nda bəhreynli Murtaza Talha Əlini ilk raundda nokaut edib və UFC ilə müqavilə imzalayıb.
İndi Baysanqur Susurkayev avqustun 17-də ABŞ-nin Çikaqo şəhərində keçiriləcək UFC 319 turnirində amerikalı Erik Nolanla döyüşəcək.
"Susurkayev üçün dörd gündə ikinci döyüş! O, ilk döyüşünü də cəmi dörd qalmış qəbul etmişdi.Bu, UFC-nin müasir tarixində döyüşlər arasında ən qısa intervaldır. Əvvəlki rekord Xamzat Çimaevə məxsus idi - 10 gündə iki döyüş", - Uayt bildirib.
Qeyd edək ki, Baysanqur Susurkayev MMA-da keçirdiyi 9 döyüşün hamısında qalib gəlib.