
Azərbaycan cüdoçuları gənclər arasında Avropa çempionatına hazırlığı Qubada davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışında komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Qeyd edək ki, qitə birinciliyi 4 – 7 sentyabrda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.