
Avqustun 28-də Bakının Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində 14 yaşadək cüdoçular arasında Liqa yarışının III turu start götürəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda 63 klub və idman cəmiyyətindən olan 322 idmançı mübarizə aparacaq.
264 oğlan və 58 qız cüdoçu ümumilikdə 18 çəki dərəcəsində çıxış edəcək.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.