1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qızıl medalçılarımız Vətənə döndü
Polşanın Katovitse şəhərindəki gənclər arasında Avropa çempionatını uğurla başa vuran Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvləri Vətənə qayıdıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və federasiya rəsmiləri qarşılayıblar.
Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşçilərimizdən 3-ü qızıl medal qazanıb. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü olub.
Yığmamızın böyük məşqçisi Şaban Donat ümumilikdə nəticədən razı qaldığını bildirib: "Federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün maksimum şərait yaradılıb. Hər bir yarışda çalışırıq ki, bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldaq. Bu dəfə daha ciddi yarış idi. Avropa çempionatında zəif rəqiblər olmur”.
O, həmçinin bəzi güləşçilərimizin ədalətsizlik ucbatından medalsız qaldığını da vurğulayıb: "Sevindirici məqam odur ki, ən güclü rəqibimiz olan Rusiya yığması bir qızıl medal belə qazana bilmədi, ancaq bizim 3 qızıl medalımız oldu. Təbii ki, medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərimiz öz səhvləri, bəziləri isə, hakim ədalətsizliyi ucbatından medalsız qaldı. Qarşıdan dünya çempionatı gəlir. Çalışacağıq ki, o yarışda da Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq”.
Avropa çempionatını qızıl medalla başa vuran İslam Abbasov yarış haqqında təəssüratlarını bölüşərkən ən gərgin görüşün final görüşü olduğunu bildirib: "Finala qədər bütün rəqiblərimi rahatlıqla məğlub etdim. Yarımfinalda yerli idmançı ilə qarşılaşmışdım. Güclü azarkeş dəstəyinə baxmayaraq, onu böyük hesabla məğlub etdim. Final görüşüm isə çox gərgin keçdi. Almaniya güləşçisinə xal hesabı ilə qalib gəldim.”
Abbasov ümid edir ki, eyni uğuru çempionatda da təkrarlayacaq: "Çempion olduğum, ölkəmizin bayrağını yüksəltdiyim, himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Çalışacağam ki, qarşıdan gələn Dünya çempionatında da eyni uğuru təkrarlayım. Hər bir yarışdan əvvəl güclü hazırlıq keçirik. Yaradılan bütün şəraitə görə Federasiyamıza öz təşəkkürümü bildirirəm”.