
Serbiyanın Novi Sad şəhərində UWW (Dünya Güləş Birliyi) tərəfindən keçirilən həvəskar MMA üzrə dünya çempionatında Azərbaycan idmançıları iki medal qazanıblar.
Sportnet.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təmcilçilərimizdən Sərdar Sərdarlı gümüş, Gündüz Nəbiyev isə bürünc medal əldə edib.