Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) Azərbaycan millisini medalsız qoymayıb.
Perpsektivli güləşçi italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.
İki sərbəst güləşçi isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.








































































