Azərbaycan cüdoçusu Kənan Nəsibov Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib rəqib polşalı Yakub Sordil olub.
İpponla qələbə qazanan Nəsibov Avropa çempionu olub.
-------------------
Azərbaycan cüdoçusu Aslan Kotsoyev Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Kotsoyev üçüncü yer uğrunda qarşılaşmada komanda yoldaşı Vüqar Talıbova qalib gəlib.
Bu, Azərbaycanın üçüncü medalı olub.
Talıbov isə yarışı 5-ci pillədə başa vurub.
------------------
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan gənc idmançı finalda italiyalı Manuel Parlatiyə uduzub.
Bu, Azərbaycan millisinin Avropa çempionatında ikinci medalı olub. İlk yarış günündə İslam Rəhimov 66 kq çəkidə qızıl medal əldə edib.










































































