Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan milli komandası daha iki medal əldə edib.
Sportnet.az xəbər verir ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
100 kq çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçu finalda braziliyalı Joao Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kq) isə bürünc mükafata yiyələnib. O, üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan Azərbaycan yığması 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.















































































