5–7 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.
5–6 dekabrda fərdi mübarizələr, 7 dekabrda isə komandalararası yarış olacaq.
Arenaya giriş sərbəstdir.
Yarışın təsnifat mərhələsi hər gün saat 10:00-dan, final bloku isə 17:00-dan Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.













































































