Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə cüdo üzrə Böyük Dəbilqə start götürəcək.
Sportnet.az xəbər verir ki, turnirin ilk yarış günündə iki çəki dərəcəsində Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq.
Kişilər
60 kq, 1/8 final
Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Cənubi Koreya) cütünün qalibi ilə
Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə
66 kq, 1/16 final
Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)
Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)
Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 10:00-dan JudoTV-də, final bloku isə 17:00-dan İdman TV telekanalında canlı yayımlanacaq.









































































