Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, püşkatma mərasimi 4 dekabr saat 19:00-da keçiriləcək.
Fərdi mübarizələr 5–6 dekabrda saat 09:00-da start götürəcək. Komanda yarışının seçmə görüşləri isə 7 dekabr saat 10:00-da başlayacaq. Hər üç gündə final blokları saat 17:00-da təşkil olunacaq.
Ölkə çempionatının rəsmi açılış mərasimi 6 dekabr saat 16:15-də baş tutacaq.
Bakı İdman Sarayında keçiriləcək yarışda 14 çəki dərəcəsində 54 klub və idman cəmiyyətindən olan 237 cüdoçu (179 kişi, 58 qadın) ölkə çempionu adı uğrunda mübarizə aparacaq.








































































