Dekabrın 18-də Abşeron Olimpiya İdman Kompleksində 17 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan çempionatı start götürəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dörd gün davam edəcək ölkə birinciliyində 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.
Dekabrın 18–20-də fərdi mübarizə, dekabrın 21-də isə komandalararası yarış baş tutacaq.
Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalından canlı yayımlanacaq.








































































