14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.
Sportnet.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirə 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 430 cüdoçu qoşulub.
Onlardan 329-u oğlan, 101-i qızdır.
Birinci yarış günündə 137 cüdoçu tatamiyə çıxıb. Qızlar 36 kq, 48 kq, 63 kq, oğlanlar isə 38 kq, 50 kq və 66 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
36 kq
1. Ləman Bağırova (Naxçıvan UGİM)
2. Fəridə Rəhimli (Naftalan UGİM)
3. Gülşən İmanova (Biləsuvar OİK)
3. Ayan Məmmədli (RKİM)
48 kq
1. Yağmur Abdullayeva (Şuşa UGİM)
2. Mələk Vəliyeva (Qədiroğlu İK)
3. Zəhra Səfərova (Goranboy UGİM)
3. Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
63 kq
1. Məleykə Əsədova (Şahin 313 İK)
2. Nəzrin Xəlilova (ACF)
3. Rəfiqə Ələkbərova (Judo Club 2012)
38 kq
1. Muhəmməd Eyvazlı (ROİL)
2. Əfsan Cabbarov (Şuşa UGİM)
3. Rəhim Manaflı (Evolution Judo Club)
3. Sədrəddin Şıxəhmədov (Sumqayıt şəhəri İOEUGİM)
50 kq
1. Eldar Xəlilov (Goranboy OİK)
2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Nicat Əliyev (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
66 kq
1. Hüseyn Ələsgərov (Qəbələ İK şəhər)
2. Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hüseyn Quliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)