Yunan-Roma və sərbəst güləş üzrə milli komandaların Göygöl toplanışında praktiki seminar keçirilib.
Sportnet.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, seminarda l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib.
O, həmçinin, idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da öz tövsiyələrini çatdırıb.
Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalarla da təşkil edəcək.














































































