Martın 11-də sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı start götürəcək.
Sportnet.az-ın məlumatına görə, ilk dəfə bu yaş qrupu üzrə ölkə birinciliyi Qazaxda təşkil ediləcək.
Qazax Olimpiya İdman Kompleksində baş tutacaq yarışı ölkənin beynəlxalq və milli dərəcəli hakimləri idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq.













































































