Azərbaycanın cüdo üzrə olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov məşhur saat brendi "Omega" şirkəti ilə əməkdaşlığa başlayıb.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar keçirilən mətbuat konfransında "İtaliyanın Group"un İdarə Heyətinin sədri Hüseyn Zeynallı "Omega" brendinin üstünlüklərindən danışıb.
O, Heydərovla əməkdaşlığa başlamalarının səbəbini açıqlayıb: "Biz əzm və uğura can atma xüsusiyyətlərini yüksək qiymətləndiririk. Belə hekayələr brendə bağlılığı artırır".
Zeynallı bu əməkdaşlığın beynəlxalq irs və yerli uğur hekayəsini birləşdirdiyini vurğulayıb: "Bu bağlantısı Hidayətin köməkliyi ilə gücləndirəcəyik. Ümidimiz odur ki, bu, saat mədəniyyətinə və "Omega" brendinə marağı artırır".
Heydərov isə Olimpiya Oyunlarının rəsmi tərəfdaşı ilə əməkdaşlığa başlamalarından məmnunluq hissi keçirmələrindən məmnunluq ifadə edib.
O, gümüş medal qazandığı Gürcüstanın paytaxtı Tbilisidəki Avropa çempionatından sonra bütün hazırlıqların dünya çempionatına yönəldiyini bildirib: "Diqqətlər təkcə mənə yönəlməsin. Heyətimizdəki hər bir cüdoçu güclüdür. 9 nəfərin hər birinə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı mundialda layiqincə təmsil edəcəklər".
Heydərovun sözlərinə görə, müsahibə verməmək öz qərarı idi: "Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu, şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram. Bugünkü əməkdaşlıq isə gələcək nəsillərin də məndən nümunə götürmələrinə təkan verəcək".
Zeynallı isə bu dostluğun vaxt, zaman saniyələrlə ölçülmür. Hər anın dəyəri müvəffəqiyyətlərlə bağlıdır. Əlbəttə, ümidvarıq ki, bu əməkdaşlıq yeni nailiyyətlərə töhvə verəcək".
Daha sonra idmançıya saat hədiyyə olunub.


















































































