Sabah sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının açıq məşqi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, pəhləvanlar Olimpiya Güləş Mərkəzində bir araya gələcək.
Məşq prosesi 7-12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır. Məşqin ardından Dünya çempionatına yola düşəcək heyət açıqlanacaq.
2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanılacağı Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.
Məşq saat 11:00-da başlayacaq.