1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki boksçumuzdan erkən vida
Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Sportnet.az-ın məlumatına görə, yarışın 3-cü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Onlardan yalnız Orxan Həsənov (54 kq) döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz latviyalı Sergey Hodjusinsi mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz 1/8 final mərhələsində danimarkalı Mehdi Jallavla qarşılaşacaq.
Seyidrza Sadiqov (50 kq) dünya birinciliyində ilk görüşdə məğlub olub. Millimizin üzvü kubalı Erislandi Alvaresə uduzub. Rəcəb Niftəliyev də (66 kq) yarışla erkən vidalaşıb. Niftəliyev Litva nümayəndəsi Tautvidas Çepauskasla dueldən məğlub ayrılıb.
Bu gün dünya birinciliyində Bəxtiyar Qazıbəyov (50 kq), Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52 kq) rinqə çıxacaqlar.