1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz Göygöldə hazırlaşır
Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının üzvləri Olimpiya Oyunlarının təsnifat turnirlərinə hazırlıq planı üzrə məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində davam etdirir. Sportnet.az-ın məlumatına görə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 12 üzvünün qatıldığı təlim-məşq toplanışı martın 17-dən başlayıb və aprelin 3-dək davam edəcək.
İlk lisenziyaların qazanıldığı Dünya çempionatında güləşçilərimiz Rio-2016-ya 11 vəsiqəni təmin edib. Növbəti lisenziya yarışları 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.
Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa və İstanbulda keçiriləcək sonuncu Dünya təsnifat turnirlərində hər çəki dərəcəsində yalnız finalçılar, Monqolustanda keçiriləcək birinci Dünya təsnifat turnirində isə finalçılarla yanaşı, bir üçüncü yerin qalibi də Olimpiya Oyunlarına vəsiqə qazanacaq.