1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında bir günə 3 medal - YENİLƏNDİ
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Azərbaycan pəhləvanları 1 gümüş və 2 bürünc medal qazanıb.
59 kq çəki dərəcəsində Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq slovakiyalı Zoltan Levay, israilli Andrey Tsaryuk və türkiyəli Şerif Yakup Kılıçdan üstün olub. Son görüşdə Məmmədov rusiyalı Sergey Emelinə uduzaraq, gümüş medala sahib olub.
71 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov isveçli Daniel Mattias Soini və yunanıstanlı Vasileyos Mixakisi yensə də, yarımfinalda xorvatiyalı Antonio Kamenyaşeviçə uduzub. Bürünc medal uğrunda görüşdə isə o, macarıstanlı Pal Kristian Kottesi üstələyərək, bürünc medala yiyələnib.
80 kq-da yarışan Elton Vəzirzadə ilk görüşündə türkiyəli Burhan Akbudaka məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Vəzirzadə latviyalı Seslav Bestenisdən üstün olub. Bu qələbə ona bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə Macarıstan təmsilçisi Zoltan Keriyə də qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.
Mübarizəyə 1/16 final mərhələsindən qoşulan 98 kq-dakı təmsilçimiz Orxan Nuriyev ardıcıl olaraq finlandiyalı Matti Elias Kuosmanen və litvalı Romas Fridrikası yarışdan kənarlaşdırıb. 1/4 finalda Gürcüstan təmsilçisi Kukuri Kırtsxayla ilə gərgin keçən görüş isə güləşçimiz üçün uğurlu alınmayıb. Rəqibin finala yüksəlməsi ilə Nuriyev polşalı Aleksander Kroçakla təsəlliverici görüşə çıxıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Rusiyalı Musa Evloyevə uduzan Nuriyev çempionatı 5-ci sırada tamamlayıb.
59 kq
1/8 final. Zoltan Levai (SVK) - Murad Məmmədov 0:8
1/4 final. Murad Məmmədov - Andrey Tsaryuk (İSR) 8:0
1/2 final. Murad Məmmədov - Şerif Yakup Kılıç (TUR) 7:2
FİNAL. Sergey Emelin (RUS) - Murad Məmmədov 8:0
71 kq
1/8 final. Daniel Mattias Soini (SWE) - Ruhin Mikayılov 0:2
1/4 final. Ruhin Mikayılov - Vasileios Myxakis (GRE) 9:0
1/2 final. Ruhin Mikayılov - Antonio Kamenjasevic (CRO) 5:7
Bürünc medal görüşü. Pal Krisztian Kottes (HUN) - Ruhin Mikayılov 0:8
80 kq
1/8 final. Burhan Akbudak (TUR) - Elton Vəzirzadə 10:1
Təsəlliverici görüş. Elton Vəzirzadə - Ceslavs Bestenis (LAT) 8:0
Bürünc medal görüşü. Elton Vəzirzadə - Zoltan Keri (HUN) 4:3
98 kq
1/16 final. Matti Elias Kuosmanen (FIN) - Orxan Nuriyev 4:9
1/8 final. Orxan Nuriyev - Romas Fridrikas (LTU) 5:0 (tuşe)
1/4 final. Kukuri Kırtsxalia (GEO) - Orxan Nuriyev 3:1
Təsəlliverici görüş. Aleksander Kroczak (POL) - Orxan Nuriyev 2:3
Bürünc medal görüşü. Orxan Nuriyev - Musa Evloev (RUS) 2:6