1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
3 boksçumuz yarımfinalda, Teymur Məmmədov kənarda
Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirində günün ilk yarısında Azərbaycanın 3 boksçusu yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor 1/4 finalda yunanıstanlı Aleksandros Tsanikidislə qarşılaşıb.
Avropa Oyunlarının qalibi rəqibini məğlub edərək yarımfinala yüksəlib. Ən ağır çəkidə ölkəmizi təmsil edən ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianelloya qalib gəlib. Qadın boksçumuz - 60 kq çəki dərəcəsindəki Yana Alekseyevna 1/4 finalda isveçli Anye Aleksiussonla döyüşdə qələbə qazanıb. Yalnız 81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov türkiyəli rəqibi Mehmet Ünala uduzaraq, mübarizəni dayandırıb.
Günün ikinci yarısında Abdulkadir Abdullayev, Cavid Çələbiyev və Rüfet Hüseynov rinqə çıxırlar.