1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı dəyişdirildi
2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə fərdi və komandalararası dünya çempionatının vaxtı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, mundial İsrail Cüdo Assosiasiyasının Beynəlxalq Cüdo Federasiyasından (İJF) etdiyi xahiş əsasında gələn il sentytabrın 20-də start götürəcək.
İsrail tərəfi Yəhudi təqvimi ilə sentyabrın 19-dək Yom Kippur bayramının qeyd olunacağını əsas gətirib. Xahişi nəzərə alan İJF tədbirin həmin həftə ərzində keçirilməməsinə qərar verib. Nəticədə İsrail nümayəndə heyəti Bakıdakı dünya çempionatında tam tərkibdə iştirak edə biləcək.
Bundan başqa, Azərbaycanın təşkilati baxımdan mundiala daha yaxşı hazırlaşmasından ötrü "Böyük Dəbilqə" turnirinin gələn il Bakıda keçirilməməsi qərara alınıb. Əvəzində bu yarış Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq. Digər "Böyük Dəbilqə" yarışları Paris (Fransa), Yekaterinburq (Rusiya) və Tokio (Yaponiya) şəhərlərində keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 27-dək davam edəcək.